Roman Abramoviçdən sonra "Çelsi"ni satın alan Todd Beyli baş məşqçi Tomas Tuxellə yollarını ayırdıqdan və Qrem Potteri təyin etdikdən sonra klubda yaranan və yüz milyonlarla dollarlıq sövdələşmələri təhlükə altına ala biləcək böyük qalmaqalı həll edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiya-Ukrayna müharibəsi səbəbiylə İngiltərədə var-dövləti müsadirə edilən "Çelsi"ni Roman Abramoviçdən alan amerikalı iş adamı Todd Beyli klubdakı ilk aylarından sonra alman məşqçi Tomas Tuxel ilə yollarını ayıraraq Qrem Potteri komandaya transfer edib. Ona məlum olub ki, Todd Beyl və “Clearlake Capital” ortaqlığının idarə etdiyi "Çelsi"də böyük qalmaqal kluba maddi ziyan dəymədən bağlanıb.
İngiltərənin “The Telegraph” qəzetinin xəbərinə görə, 2007-2010-cu illər arasında “Çelsi”də çalışan və təxminən bir ay əvvəl yenidən klubda işə başlayan kommersiya meneceri Damian Uilloubi futbol maliyyəsi mütəxəssisi Katalina Kimə nalayiq mesajlar göndərdiyi üçün yeni işindən qovulub.
"Mançester Siti"də birgə işlədiyi Tom Kliki kluba gətirdi
Klub ABŞ sahiblərinin idarəçiliyinə keçdikdən sonra ilk olaraq maliyyə və kommersiya əməliyyatları dəyişdi. Uzun illərdir ki, “Mançester Siti”nin də sahibi olan “City Group”da çalışan Tom Qlik bu işi götürüb və Qlik “Siti”də birlikdə işlədiyi Damian Uilloubini işə götürüb.
2 ildən çox davam edən təcavüz…
Xəbərin təfərrüatlarına varanda məlum olur ki, Damian Uilloubi Katalina Kimə mesaj vasitəsilə cinsi təcavüz edib. Təxminən bir il əvvəl baş verən bu mesajla təqib prosesindən sonra Katalina Kimin sözügedən mesajları “Çelsi”də ticarət əməliyyatlarının rəhbəri olan Tom Qlikə göstərdiyi və “Çelsi”nin bununla bağlı hərəkətə keçdiyi bildirilib.
Damian Uilloubi və Katalina Kim ilk dəfə 2015-ci ildə Kimin “Mançester Siti” ilə etdiyi bir işbirliyi zamanı tanış olublar. Uilloubinin Kimə olan marağının son iki ildə fərqli bir istiqamətə getdiyi, Kimin evliliyini inkar etməsinə baxmayaraq Uilloubinin israrla təcavüz mesajları göndərdiyi və bu mesajların içərisində ədəbsiz məzmunlu videolar olduğu ortaya çıxıb.
Damian Uilloubinin avqustun 29-da “Çelsi”də işə başlayacağını elektron poçtla öyrənən Katalina Kim, sentyabrın 3-də Tom Qlikə Uilloubinilə bağlı narahatlığını bildirən mesaj göndərib. Bu vəziyyəti qəbuledilməz hesab edən "Çelsi" rəhbərliyi dərhal Demian Uillobini qovub.
Milyon dollarlıq müqavilələrə təsir edə bilərdi
Futbolun iqtisadi dünyasında tanınan Katalina Kimin bir müddətdir ki, böyük sövdələşmələr etmək üçün "Çelsi" ilə sıx əməkdaşlıq etdiyi və bu anlaşmaların ölçüsünün yüz milyonlarla dollara çata biləcəyi bildirilir. “Çelsi”dən verilən açıqlamada Damian Uillobininin "dərhal" işdən çıxarıldığı bildirilib.
Katalina Kim mövzu ilə bağlı bu açıqlamanı verib: “Düzdür, mən Tom Qliyə son iki il ərzində Damian Uillobininin ümumi davranışından şikayət etmişəm. Nəhayət, o, mənə telefonla zəng edərək hədələyib. Mən qəti şəkildə inanıram ki, bu, heç bir Premyer Liqa klubunun dözə biləcəyi iş mühiti və korporativ mədəniyyət deyil”.
Mövzu ilə bağlı Uillobin tərəfdən heç bir açıqlama verilməyib.