“Çelsi” “Real”ın müdafiəçisini istəyir
23 oktyabr 2021 09:38 (UTC +04:00)

“Çelsi” “Real”ın müdafiəçisini istəyir

“Real”ın futbolçusu Ferlan Mendi İngiltərəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı sol cinah müdafiəçisi “Çelsi”nin maraq dairəsinə düşüb.

Premyer Liqa təmsilçisi Fransa millisinin transferi üçün qarşı tərəfə 60 milyon avro təklif etməyə hazırlaşır. “Zadəganlar” qış fasiləsində, ən geci mövsümün sonunda bu keçidi reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, İtaliya klublarının da gündəmində olan Ferlan Mendinin “Real”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

# 2631
avatar

Oxşar yazılar