“Çelsi” baş məşqçi ilə müqaviləni pozduğuna görə Qrem Potterə təxminən 15 milyon avro təzminat ödəyəcək.
Lent.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Nəşrin məlumatında bildirilir ki, London klubunda işlədiyi müddətdə Potter təxminən 8 milyon avro qazanıb.
Potter 2022-ci ilin sentyabrından “Çelsi”yə rəhbərlik edir və müqaviləsi 2027-ci ilin iyununun sonuna kimidir.
“Çelsi” onunla birlikdə bütün yarışlarda 12 qələbə qazanıb, 11 məğlubiyyət alıb və 8 dəfə heç-heçə edib. Komanda 28 oyundan 38 xalla Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Klub Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib və “Real Madrid”lə qarşılaşacaq.