“Arsenal” “Atletiko Paranaense”nin hücumçusu Vitor Rokeni transfer etmək istəyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Çelsi” və “Barselona” da 18 yaşlı braziliyalı oyunçunu yaxından izləyir. Hər iki klub oyunçunun transferi üçün daha yaxşı əməkhaqqı təklif etməyə çalışırlar.
Braziliya komandası bu yaxınlarda hücumçu üçün minimum 35-40 milyon funt-sterlinq qiymət qoyub.
Roke bu mövsüm “Atletiko Paranaense”nin heyətində 11 oyuna çıxıb, 5 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt braziliyalının dəyərini 18 milyon avro qiymətləndirir.