Bu oyunçu satılmır: “Mançester Siti”yə rədd CAVABI
25 avqust 2023 19:38 (UTC +04:00)

Bu oyunçu satılmır: “Mançester Siti”yə rədd CAVABI

“Vulverhempton” “Mançester Siti”nin portuqaliyalı yarımmüdafiəçi Matheus Nunes ilə bağlı təklifini rədd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, “vətəndaşlar” “canavarlar”a 55 milyon avro təklif etsə də, qiymətə görə razılaşma alınmayıb. Qeyd olunur ki, hazırki klubu Nunesi satmaq istəmir.

24 yaşlı Nunes 2022-ci ilin avqustunda “Sportinq”dən 45 milyon avroya “Qurdlar”a keçib. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Transfermarkt onlayn portalı yarımmüdafiəçini 45 milyon avroya qiymətləndirir.

Nunes bu mövsüm iki oyunda qol vurmadan iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7533
avatar

Oxşar yazılar