Bu gün gedişi rəsmən  elan olunacaq
10 may 2023 12:19 (UTC +04:00)

Bu gün gedişi rəsmən elan olunacaq

"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets Kataloniya klubundan ayrılmaq qərarına gəlib. 

Lent.az bildirir ki, bu barədə italiyalı jurnalist Fabrisio Romano məlumat verib.

Qeyd olunur ki, Kataloniya klubu Buskesin gedişini bu gün rəsmi olaraq elan edəcək.

Buskets 2005-ci ildən klubun heyətində çıxış edir, əsas komandada 713 oyun keçirib ki, bunun da 39-u bu mövsümdə bütün yarışlarda olub. Onun hesabında dörd məhsuldar ötürmə var.

“Barselona” La Liqaya liderlik edir, “Atletiko”nu 13 xal, “Real”ı 14 xal qabaqlayır. "Barselona" növbəti turda çempionluğunu təmin edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Oxşar yazılar