Bu futbolçular   “Lester”dən getdi
06 iyun 2023 00:11 (UTC +04:00)

Bu futbolçular “Lester”dən getdi

Yori Tielemans, Çağlar Söyüncü, Deniel Amarti, Nampalis Mendi, Rayan Bertrand, Ayose Peres və Tete müqavilələri bitdiyi üçün "Lester"dən ayrılıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, "Lester" ötən mövsümün nəticəsinə görə Premyer Liqanı tərk edərək, tarixdə titul qazanan və Premyer Liqadan aşağı liqaya düşən ikinci komanda olub. İlk belə klub “Blekbern Rovers” olub.

Daha əvvəl bildirilmişdi ki, “Lester” yarımmüdafiəçi Hamza Çaudri ilə müqaviləni bir il uzadıb və kapitan Conni Evansla müqavilə danışıqlarını davam etdirir.

# 1152
avatar

Oxşar yazılar