Braziliyalı futbolçu Hulk ailəvi səfərlər üçün reaktiv təyyarə alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hazırda Braziliyanın “Atletiko Mineyro” klubunda çıxış edən Hulkun təyyarəsi 7,2 milyon avro dəyərindədir.
Bu, 800 km/saat sürətə və 2500 km məsafə qət edə bilən modifikasiya edilmiş “Hawker 400XP” 6 sərnişinlik reaktiv təyyarəsidir.
Məlumata görə, 36 yaşlı Hulk onu ailə səfərləri üçün alıb.