“Borussiya” Rami Bensebaynini heyətinə cəlb etdi
06 iyun 2023 02:47 (UTC +04:00)

“Borussiya” Rami Bensebaynini heyətinə cəlb etdi

0

Almaniyanın “Borussiya” futbol klubu Rami Bensebaynini azad agent kimi heyətinə cəlb edib.

Lent.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi əlcəzayirli müdafiəçi ilə dördillik müqavilə bağlayıb. Tərəflər 2022-ci ildən razılıq əldə edib.

Futbolçunun son komandası “Borussiya” (Mönhenqladbax) olub.

Qeyd edək ki, Bensebayni 2022-2023-cü il mövsümündə bütün turnirlərdə 30 matçda iştirak edib, 7 qol vurub və 1 qolun ötürməsini edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1646

Oxşar yazılar