Bir fotoşəkilin hekayəsi:  Futbolçu azarkeşi belə vurdu   -  VİDEO
26 noyabr 2021 17:45 (UTC +04:00)

Bir fotoşəkilin hekayəsi: Futbolçu azarkeşi belə vurdu - VİDEO

Məşhur fransız hücumçusu Erik Kanton təkcə “Mançester Yunayted”dəki oyunu ilə deyil, həm də qəddar hərəkətləri ilə yadda qalıb.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, onun azarkeşlə münaqişəsinin görüntüləri idmanın klassikasına çevrilib.
 
Çoxları məşhur fotonu görüblər, hansında ki, Kantonun azarkeşə doğru tullanması həkk edilib. Bəs bundan əvvəl nə olub?
 
1995-ci il yanvarın 25-də “Mançester Yunayted” “Kristal Pelas”la qarşılaşıb. Eriki müdafiəçilər diqqətlə izləyirdi ki, bu da fransızı qəzəbləndirib.
 
İkinci hissənin əvvəlində əsəbləri dayanmır və Kantona özü rəqibini vurur, amma dərhal qarşısında bir qırmızı kart görür.
 
Kantona soyunub-geyinmə otağına gedərkən xüsusi olaraq 9-cu sıradan aşağı enən azarkeş Mettyu Simmonsun bu ifadəsini eşidir: “Get öz Fransana, lənətlənmiş alçaq! Rədd ol, eşidirsən, ...” (çox ədəbsiz söz deyir – red.)  
 
O, Erik üçün buğa öküzün önündə qırmızı parça yelləməyə bənzər olur.
 
Futbolçu acıqlı azarkeşə  tərəf gedərək ona təpik atıb. Xoşbəxtlikdən münaqişə tez həll olunub və qəzəblənən Kanton paltardəyişmə otağına aparılıb.
 
Proses nəticəsində Kantonaya iki həftə həbs cəzası verilib, lakin vəkil cəzanı 120 saat islah işinə dəyişdirə bilib.
 
Klub futbolçunu 20 min funt-sterlinq cərimələyib, o, daha 10 min Futbol Assosiasiyasına ödəyib və əlavə olaraq oktyabra qədər oynamaq qadağan edilib.

Lakin bu hadisə ilə bağlı ictimai rəy ikiyə bölünüb. Kimisi azarkeşi müdafiə edib, kimisi futbolçuya haqq qazandırıb. Kantona özü də bu hadisədən sonra çox peşman olmayıb.
 

futbolçu azarkeşi vurdu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2577
avatar

Oxşar yazılar