Boksçular Mayk Tayson və Evander Holifildin 1997-ci il iyunun 28-dəki qarşılaşmasından görüntü
06 may 2021 12:49 (UTC +04:00)

Boksçular Mayk Tayson və Evander Holifildin 1997-ci il iyunun 28-dəki qarşılaşmasından görüntü

Bir fotonun HEKAYƏSİ: Bir parça qulaq üçün üç milyon dollar

Bu ay Mayk Tayson və Evander Holifild nümayiş xarakterlin döyüş keçirməlidir.

“Ancaq bu dəfə döyüşmək lazımdır, dişləmək yox”, - Lent.az xarici mediaya istnadla bildirir ki, Evander döyüş ərəfəsi belə şəert irəli sürüb. O, nə dediyini yaxşı bilir. 

1997-ci il iyunun 28-də Las-Veqasda boks tarixində ən qalmaqallı qarşılaşmalardan biri olub. Tayson və Holofild arasındakı revanş “Dəmir Mayk”ın diskvalifikasiya ilə başa çatıb. O, rəqibinin qulağının bir parçasını dişləmişdi. 

Tayson çempion kəmərindən, bir il boksçu lisenziyasından  məhum edilib və 3 milyon dollar cərimə ödəmişdi. 

Sonra Holfildin başına və başının arxasına qadağan olunmuş zərbələr vurduğunu söyləyərək etdiyi hərəkətə bəraət qazandırmışdı.

Yeri gəlmişkən, may ayında Tayson-Holifild döyüşü olmayacaq. Boksçular heç cür razılığa gələ bilməyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2901
avatar

Oxşar yazılar