"Bir daha müvəqqəti baş məşqçi olmayacam" - Frenk Lempard
06 may 2023 16:34 (UTC +04:00)

"Bir daha müvəqqəti baş məşqçi olmayacam" - Frenk Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard London klubundan ayrıldıqdan sonra yeni iş seçiminə necə yanaşacağını açıqlayıb.

“Bu suala cavab vermək çətindir. Həddindən artıq seçici olduğum kimi səslənə bilər, amma reallıq budur ki, bu səviyyədəki bir çox iş çətindir. 

Çelsiyə gələndə təbii ki, uzun müddət burada olmadığımı dərk etmişəm. Amma mən bundan sonra müvəqqəti baş məşqçi olmaq istəmirəm. Əslində istədiyim şəkildə inkişaf etmək şansım olan yerdə işləmək istərdim və bu yolun nə olduğunu mükəmməl başa düşürəm”.

Lempard bu il aprelin əvvəlində müvəqqəti olaraq, “Çelsi”yə qayıdıb. “Mavilər” ingilis baş məşqçinin rəhbərliyi altında bütün yarışlarda ardıcıl altı oyunda məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Oxşar yazılar