"Bavariya" bu mövsüm Bundesliqa çempionluğunu qazana bilməsə, baş məşqçi Tomas Tuxeli istefaya göndərməyi planlaşdırır.
Lent.az bildirir ki, bu barədə “Goal.com” xəbər verir.
Bildirilir ki, alman mütəxəssisin Münhen klubunda etibarı qeyri-qənaətbəxş nəticələrə görə azalıb. 49 yaşlı baş məşqçinin təyinatından sonra bavariyalılar üç məğlubiyyət alıb, iki görüşdə heç-heçə edib və iki qələbə qazanıb.
Xatırladaq ki, Tuxel 2023-cü ilin mart ayının sonunda "Bavariya"ya rəhbərlik edir. Onun rəhbərliyi altında Almaniya komandası Çempionlar Liqasını tərk edərək, turnirin 1/4 finalında "Mançester Siti"yə uduzub, həmçinin Frayburqdan Almaniya Kubokunu tərk etdi.
Hazırda münhenlilər Almaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb (59 xal), Dortmund “Borussiya”sından (60 xal) bir xal geri qalır.