Kristian Stellini Premyer Liqanın 32-ci turunda "Nyukasl"a məğlub olan "Tottenhem"in baş məşqçi əvəzi vəzifəsindən azad edilib.
Lent.az xatırladır ki, görüş 6:1 hesabı ilə başa çatıb. Fasiləyə qədər London klubunun qapısına 5 cavabsız qol vurulub.
Rayan Meyson komandanı mövsümün sonuna kimi idarə edəcək.
Londonluların rəhbərliyi oyunun nəticəsinin "Tottenhem" üçün tamamilə qəbuledilməz olduğunu qeyd edib.
London klubu 32 oyundan sonra 53 xalla 5-ci yerdədir.