“Barselona”nın keçmiş futbolçusu İngiltərədə klub aldı
21 iyul 2022 04:39 (UTC +04:00)

“Barselona”nın keçmiş futbolçusu İngiltərədə klub aldı

Argentina millisinin sabiq futbolçusu Maksi Lopes klub sahibi olub.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, “Barselona” və “Milan”ın keçmiş hücumçusu İngiltərə klubu “Birmingem”in səhmlərini alıb.

Futbolçu karyerasını ötən il başa vuran 38 yaşlı tanınmış sima bununla İngiltərədə ilk argentinalı prezident kimi tarixə düşüb. Bu anlaşma futbolçunun üzvü olduğu şirkətə 30 milyon funt sterlinqə başa gəlib.

Qeyd edək ki, sonuncu dəfə 2010/11 mövsümündə Premyer Liqada çıxış edən “Birmingem” bu mövsüm Çempionşipdə mübarizə aparacaq.
 

# 1917
avatar

Oxşar yazılar