"Barselona"nın idman direktoru Messinin  qayıtmasına qarşıdır
04 may 2023 00:11 (UTC +04:00)

"Barselona"nın idman direktoru Messinin qayıtmasına qarşıdır

"Barselona"nın idman direktoru Mateu Alemani Lionel Messinin PSJ-dən Kataloniya klubuna qayıtmasının əleyhinədir. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, funksioner yayda postunu tərk edəcək və "Aston Villa"da da eyni vəzifəni tutacaq.

Jurnalist Toni Xuanmartinin məlumatına görə, Kataloniya klubunun rəhbəri Messinin 2023-cü ilin yayında transferi ideyasını dəstəkləməyib. Bununla belə, "Barsa"nın prezidenti Joan Laporta və baş məşqçi Xavi Ernandes argentinalını komandaya qaytarmaq niyyətindədir.

Messinin mövsümün sonunda azad agentə çevrilməsi ehtimalı var, lakin "Barselona"nın argentinalını geri qaytara biləcəyi hələ ki məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Oxşar yazılar