"Barselona" İspaniya çempionatının ilk 27 turunda "quru" oyunlar sayına görə rekorda imza atıb.
Lent.az xəbər verir ki, kataloniyalılar bu gün "Elçe"ni darmadağın edib (4:0). Bu oyun "Barselona"nın qapısından top buraxmadığı 20-ci oyun olub. Ümumilikdə, Xavinin komandası La Liqada mövsümün əvvəlindən qapısından cəmi 9 top buraxıb. Bu göstəricinin hər ikisi rekorddur.
Həmin 9 topu bu komandalar vurub: "Real" (4 qol), "Real Sosyedad" (1), "Osasuna" (1), "Espanyol" (1), "Betis" (1) və "Almerya" (1).
Növbəti turda İspaniya çempionatının lideri "Jirona"nı qəbul edəcək. Bu matç aprelin 10-da keçiriləcək.