“Barselona” və “Atlétiko” oyunçu mübadiləsinə yaxındır.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Madrid klubunun 26 yaşlı ispaniyalı yarımmüdafiəçisi Saul Niqes Kataloniya təmsilçisinə qoşulmağa yaxındır.
“Barselona”nın 30 yaşlı fransalı hücumçusu Antuan Qrizmann isə “Atletiko”ya qayıdacaq.
Futbolçular da bu keçidə razıdırlar.
Saulun xidmətinə İngiltərənin “Liverpul” və “Çelsi” klubları da maraqlıdır.