"Barselona" üçün daha bir transfer problemi
19 oktyabr 2021 14:14 (UTC +04:00)

"Barselona" üçün daha bir transfer problemi

“Barselona” “Mançester Siti”nin hücumçusu Rahim Sterlinqin transferində problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, mümkün keçidə mane olan əsas məqam İngiltərə klubunun istədiyi məbləğdir.

Premyer Liqa çempionu 26 yaşlı hücumçunun müqavilə müddəti 2023-cü ilə qədər olmasına baxmayaraq, Sterlinqi 80 milyon avrodan ucuz qiymətə buraxmaq fikrində deyil. İspanların isə maliyyə problemləri ucbatından bu məbləği ödəməsi real görünmür. Kataloniyalılar İngiltərə millisinin üzvünü qışda icarəyə götürmək variantını nəzərdən keçirir.

Qeyd edək ki, Rahim Sterlinq bu mövsüm bütün turnirlərdə keçirdiyi 11 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

# 1215
avatar

Oxşar yazılar