Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının akkreditasiyasına başlanıldı
05 may 2023 12:22 (UTC +04:00)

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının akkreditasiyasına başlanıldı

Taekvondo üzrə dünya çempionatının yerli Təşkilat Komitəsi 29 may – 4 iyun tarixlərində Bakıda keçiriləcək dünya çempionatına yerli media nümayəndələrinin akkreditasiyasına başlayıb.

Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, akkreditasiya prosesi 12 may saat 00:00-a qədər davam edəcək. 

Yarışı işıqlandırmaq istəyən jurnalistlər bu formanı dolduraraq, tələb olunan sənədlərlə birgə - şəxsiyyət vəsiqəsi, jurnalist vəsiqəsi və fotonu (fotoda ad və soyad yazılmalıdır) skan olunmuş şəkildə [email protected] elektron poçt ünvanına göndərməlidir. Natamam doldurulmuş və təyin edilən vaxtdan sonra göndərilmiş müraciətlər nəzərə alınmayacaq.

Qeydiyyat prosesi tamamlandıqdan sonra, akkreditasiya kartlarının təqdim olunacağı məkan və saat haqda məlumat veriləcək.

Akkreditasiya ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99455) 756 78 16 nömrəsinə zəng edə və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Oxşar yazılar