Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünə start veriləcək.
Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət olan 1/8 final mərhələsi çərçivəsində üç matç baş tutacaq.
Günün ən maraqlı görüşü Şamaxıda keçiriləcək. Şəhərin eyniadlı komandası Premyer Liqa klublarının duelində “Turan Tovuz”la görüşəcək.
Digər iki qarşılaşmada elita təmsilçiləri I divizion klublarını sınağa çəkəcək. “Səbail” MOİK-in qonağı olacaqsa, “Qəbələ” “Araz Naxçıvan”ı qəbul edəcək.
Qeyd edək ki, 1/8 finala sabah keçiriləcək üç görüşlə yekun vurulacaq.
Azərbaycan kuboku
1/8 final mərhələsi
22 noyabr (çərşənbə axşamı)
14:00. MOİK – “Səbail”
Baş hakim: Əli Əliyev
Binə qəsəbə stadionu
14:00. “Şamaxı” – “Turan Tovuz”
Baş hakim: Vüqar Həsənli
Şamaxı şəhər stadionu
15:00. “Qəbələ” – “Araz Naxçıvan”
Baş hakim: Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu