“Azərbaycanlı idmançılar artıq Yerevandadır. Amma Avropa çempionatının açılış mərasimində iştirak etməyəcəklər”.
Lent.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri aparatının rəhbəri Arayik Artunyan bildirib.
Aparat rəhbərinin bildirdiyinə görə, 121 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyi tam qorunacaq.
Xatırladaq ki, Ermənistanda ağırlıq qaldırma üzrə Avropa Çempionatı keçiriləcək və Azərbaycan da burada 4 idmançı ilə təmsil olunur.