Azərbaycan boksçusu Avropa birinciliyini gümüş medalla başa vurdu - FOTO
12 iyul 2021 09:48 (UTC +04:00)

Azərbaycan boksçusu Avropa birinciliyini gümüş medalla başa vurdu - FOTO

 

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi başa çatıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) yarışı gümüş medalla bitirib.

Ardıcıl olaraq Arseni Oniyenkonu (Ukrayna), Fyodor Kamanini (Estoniya) və Daniel Girleanunu (Rumıniya) məğlub edən həmyerlimiz finalda rusiyalı Boqdan Prima ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Boksçumuz birinciliyi ikinci yerdə başa vurub.

Qeyd edək ki, yarışda 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçu mübarizə aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011
avatar

Oxşar yazılar