Berti Foqts
18 yanvar 2021 11:12 (UTC +04:00)

Berti Foqts

"Avropa çempionatı təxirə salınsın" - Berti Foqts

“Avropa çempionatı pandemiya dönəmini uğurlu idarə edən bir ölkədə keçirilməlidir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts AVRO-2020-nin gələcək taleyi ilə bağlı danışarkən deyib.

75 yaşlı mütəxəssis koronavirus pandemiyasının dünyanı əhatə etdiyi bir vaxtda qitə birinciliyinin təşkilini uğurlu addım saymır. Almaniyalının fikrincə, AVRO-2020 yenidən təxirə salınmalıdır: “Turnirin taleyi ilə bağlı hələ heç kim UEFA-dan dəqiq məlumat almayıb. Bu da məni heyrətə gətirir. Millidə işləmiş məşqçi kimi UEFA-ya müraciət edirəm: Avropa çempionatını təxirə salın. Yekun qərarınızı indi verin. Əks təqdirdə, sonra çox gec olacaq. UEFA-nın turniri iyuna salma qərarı əsl dəlilikdir. Yarışı dekabrın ortalarına qədər təxirə salmaq lazımdır. Ümid edirəm ki, o vaxta qədər tribunalara daha çox azarkeş buraxılar”.

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Oxşar yazılar