Atası “Real”ın stadionundan  zorla çıxarılmasının   səbəbini AÇIQLADI
10 may 2023 17:19 (UTC +04:00)

Atası “Real”ın stadionundan zorla çıxarılmasının səbəbini AÇIQLADI

Alf-İnqe Halland "Santyaqo Bernabeu"nun tribunalarında onun iştirakı ilə baş vermiş insidentlə bağlı öz versiyasını açıqlayıb.

Lent.az xatırladır ki,  “Mançester Siti”nin hücumçusunun atası oğlunun iştirak etdiyi oyunu sona qədər izləyə bilməyib. 50 yaşlı kişi mühafizəçilər tərəfindən “Real”ın stadionundan zorla çıxarılıb.

Bundan əvvəl KİV-lər ata Hallandın Madrid komandasının azarkeşləri ilə münaqişəsi olduğunu yazıb. O, azarkeşlərə yemək də atıb.

Bununla belə, kişinin özü özünü günahkar hesab etmir. Onun sözlərinə görə, hər şeydə günahkar "Real" rəhbərliyi və İngiltərə komandasının vurduğu qol zamanı onun sevinməsinə dözə bilməyən azarkeşlərdir.

"Tamam, “Real” Kevin de Bruynenin qolunu qeyd etməyimizə sevinmədi. Həmçinin biz ayrılmalı olduq, çünki “Real” azarkeşləri 1-1 hesabından razı qalmadılar", - Alfe-İnge tvitter hesabında yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar