Arda Gülər kuboku qazanan ilk türk futbolçu oldu
02 iyun 2024 03:30 (UTC +04:00)

Arda Gülər kuboku qazanan ilk türk futbolçu oldu

UEFA Çempionlar Liqasının finalında "Borussiya Dortmund"u 2:0 hesabı ilə məğlub edən "Real Madrid" kuboku 15-ci dəfə muzeyinə apardığı halda, Tüürkiyə millisinin futbolçusu Arda Gülər ​​Çempionlar Liqasını qazanan ilk türk futbolçu olub.

Lent.az xəbər verir ki, qarşılaşmada ehtiyat oyunçular skamyasında olan Arda Gülər ​ Çempionlar Liqasını qazanan ilk türk futbolçu olub.

Bu uğur 19 yaşlı futbolçunu Türkiyə futbolunun tarixinə salıb.

Dortmund "Borussiya"sında çıxış edən türkiyəli futbolçusu Salih Özcanın da əvəzedici heyətdə başladığı matçda meydana çıxmaq şansı olmayıb.

Bundan əvvəl "Bayer Leverkusen" forması ilə Yıldıray Baştürk, "Bavariya" ilə Hamit Altıntop, "Borussiya Dortmund" forması ilə Nuri Şahin, "Atletiko Madrid" forması ilə Arda Turan və "İnter" forması ilə Hakan Çalhanoğlu finalda oynasalar da Çempionlar Liqasının finalına çıxa bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508
avatar

Oxşar yazılar