“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi postuna mümkün təyinatı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərini jurnalist Fabrizio Romano sosial şəbəkələrdə yazıb.
“Mən bu barədə danışmağı xoşlamıram. “Real Madrid”də qalmaq istərdim, bunu artıq açıqladım", - Ançelotti deyib.
Qeyd edək ki, Dünya Çempionatı-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında məğlub olan Braziliya millisi baş məşqçisiz qalıb.
Xatırladaq ki, “Real Madrid” İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir. Çempionlar Liqasında Madrid klubu hazırda 1/4 final mərhələsindədir.