Ançelotti "Real"dan  mümkün gedişindən   DANIŞDI
05 iyun 2023 18:32 (UTC +04:00)

Ançelotti "Real"dan mümkün gedişindən DANIŞDI

"Real"ın baş məşqçisi Karlo Ançelotti klubu tərk etmək fikrində olmadığını bildirib.

Lent.az xarici mediaya istinadən bildirir ki, bundan əvvəl mətbuatda 63 yaşlı mütəxəssisin Braziliya millisinin baş məşqçi postuna əsas namizəd olduğu barədə məlumat yayılmışdı.

"Gələn mövsüm mütləq “Real”da qalacağam, bu 100 faizdir" Ançelotti bildirib.

Xatırladaq ki, ötən mövsümü "Real" İspaniya çempionatını ikinci yerdə başa vurub. Bundan əlavə, komanda Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlib və burada "Mançester Siti"yə ümumi 1:5 hesabı ilə uduzub.


 

# 2370
avatar

Oxşar yazılar