Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriges “Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin milli komandanın baş məşqçi olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, federasiya prezidenti Ançelottini milli komandaya dəvət etməyi planlaşdırdığını açıqlayıb:
“Demək istərdim ki, mayın sonuna kimi bu və ya digər məşqçi olacaq. İyunda iki görüşümüz var, eyni zamanda La Liqanın finalı, 10 iyunda Çempionlar Liqasının finalı olacaq. Ona görə yox ki, Ançelottinin bizdən təklifi var, amma onu izlədik, işləmək istəyi olub-olmadığını yoxladıq. O, mənim üçün əsas seçimdir.
İlk dəfədir ki, bu barədə çox açıq danışıram, gizlətməyin mənası yoxdur”.
Əvvəlki mövsümdə Ançelotti “Real Madrid”lə İspaniya çempionatının və Çempionlar Liqasının qalibi olub. O, 2014-cü ildə Avropanın əsas klub turnirində də “qaymaqlılar”ı qələbəyə aparıb.
Ramon Braziliyanın hazırkı baş məşqçisidir. Əvvəlki mentor Tite DÇ-2022-nin 1/4 finalında Xorvatiya ilə matçda məğlubiyyətdən sonra komandanı tərk edib.