Türkiyədə daha bir məşqçi istefaya göndərildi
30 noyabr 2020 11:08 (UTC +04:00)

Türkiyədə daha bir məşqçi istefaya göndərildi

0

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, “Ərzurum BB” Mehmet Özdileklə yollarını ayırıb.

Super Liqanın X turunda “Antalyaspor”la heç-heçədən (2:2) sonra rəhbərlik 54 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gəlib. Onu kimin əvəz edəcəyi hələlik qeyri-müəyyəndir.

Qeyd edək ki, 9 oyunda 9 xal toplayan “Ərzurum BB” turnir cədvəlinin 17-ci pilləsində yer alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1785

Oxşar yazılar