Türkiyə Futbol Federasiyası ölkədaxili liqaların 1 ay təxirə salınmasını qərara alıb.
Lent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə federasiyanın idarə heyətinin keçirdiyi toplantıda qərar verilib.
Federasiyanın prezidenti Nihat Özdemirin qərarla bağlı gənclər və idman naziri Mehmet Muharrem Kasapoğluna məlumat verəcəyi bildirilir.