Tanınmış futbolçu 42 yaşında vəfat etdi
30 noyabr 2020 09:47 (UTC +04:00)

Tanınmış futbolçu 42 yaşında vəfat etdi

0

Seneqal milli komandasının sabiq futbolçusu Papa Buba Diop vəfat edib.

Keçmiş yarımmüdafiəçi uzun sürən xəstəlikdən sonra 42 yaşında dünyasını dəyişib.

Seneqal millisində 63 oyuna 11 qol vuran Diop Avropada Fransanın "Lans", İngiltərənin "Fulhem", "Vest Hem" və "Portsmut", Yunanıstanın AEK komandalarında çıxış edib.

O, DÇ-2002-nin açılış matçında dünya çempionu Fransa ilə qarşılaşmada qol vuraraq komandasına qələbə qazandırıb.

Diop 4 dəfə Afrika Millətlər Kubokunda iştirak edib və 2002-ci ildə gümüş medal qazanıb. /qol.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1938

Oxşar yazılar