Dünya futbolunun koronavirus pandemiyası üzündən iflic vəziyyətinə düşdüyü vaxtda Fransa PSJ-si yay “transfer pəncərəsi”nə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi İtaliya A seriyasında çıxış edən iki futbolçunu heyətinə qatmaq niyyətindədir.
“Napoli”nin 28 yaşlı seneqallı müdafiəçisi Kaludu Kulibali və “Yuventus”un 29 yaşlı bosniyalı yarımmüdafiəçisi Miralem Pyainiç Fransa çempionunun hədəfindədir. Artıq klubun idman direktoru Leonardo futbolçuların agenti Fali Ramadani ilə danışıqlara start verib.
Qeyd edək ki, hər iki futbolçunun indiki klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.