İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Cek Qriliş cərimə oluna bilər.
Lent.az “24tv”-yə istinadən xəbər verir ki, futbolçu “Instagram” səhifəsində koronavirusla mübarizə çərçivəsində karantinin qaydalarına riayət etmək və evdə qalmaq haqqında bəzi məsləhətlərlə çağırış edib.
Müraciətindən bir neçə saat sonra isə futbolçu özü karantin qaydalarını pozaraq, komanda yoldaşı Ross Makkormakın evinə gedib. Yolda idarə etdiyi “Range Rover” avtomobili ilə qəzaya düşüb. 24 yaşlı futbolçunu məsuliyyətsizlikdə günahlandıran klub rəhbərliyi karantin qaydalarını pozan futbolçuya qarşı cəza tədbirlərinin tətbiq olunacağını elan edib.