Maradona bu gün dəfn ediləcək
26 noyabr 2020 09:42 (UTC +04:00)

Maradona bu gün dəfn ediləcək

0

Bu gün Argentina futbolunun əfsanəsi Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

Apasport.az saytının məlumatına görə, tədbir Kasa Rosada Prezident Sarayında baş tutacaq.

Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Maradona ilə vidalaşmaq istəyənlər axşam saatlarına qədər saraya üz tuta biləcəklər. Tədbirin cümə günü davam edib-etməyəcəyi hələlik bəlli deyil. Artıq çox sayda insan Prezident Sarayının qarşısındakı meydanda toplaşıb. 

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1463

Oxşar yazılar