İngiltərə çempionatında koronavirusa REKORD YOLUXMA
17 noyabr 2020 12:14 (UTC +04:00)

İngiltərə çempionatında koronavirusa REKORD YOLUXMA

İngiltərə Premyer Liqasında son koronavirus testinin nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 12-15 noyabr tarixləri aralığında rekord sayda virusa yoluxma aşkarlanıb.

Bu müddət ərzində ümumilikdə 207 nəfərdən test götürülüb və onlardan 16-da nəticə pozitiv çıxıb. Halbuki bir həftə əvvəl 646 testdən sonra 10 nəfərdə yoluxma olduğu bildirilmişdi.

Budəfəki raportda milli komandalarına yollanan futbolçuların nəticələri siyahıya əlavə olunmayıb. Yoluxma sayının artmasından narahat olan Premyer Liqa rəhbərliyi vəziyyətin nəzarətdən çıxmasından qorxur.

Qeyd edək ki, “Liverpul” və “Arsenal”ın futbolçuları Məhəmməd Salahla Muhammed Elneni Misir yığmasının düşərgəsində koronavirusa yoluxub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1093
avatar

Oxşar yazılar