Bu oyun Çempionlar Liqasının tarixində ilklə əlamətdar olacaq
01 dekabr 2020 16:07 (UTC +04:00)

Bu oyun Çempionlar Liqasının tarixində ilklə əlamətdar olacaq

0

Bu gün keçiriləcək “Sevilya” – “Çelsi” qarşılaşması Çempionlar Liqası tarixində ilklə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun oyununda VAR stadiondan kənarda fəaliyyət göstərəcək.

Bu, Çempionlar Liqası tarixində ilk belə hadisədir. Videoassistentlər UEFA-nın İsveçrədəki mənzil-qərargahında işləyəcək. Ehtiyat variant kimi arenada da əlavə videoassistentlər olacaq ki, onlar zərurət yaransa “səhnəyə çıxacaq”. Portuqaliyalılar Tyaqu Lopeş və Luiş Branko Nyonda, italiyalılar Paolo Valeri və Çiro Karbone stadionda olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2045

Oxşar yazılar