AFFA-nın futbolçulara verəcəyi mükafat bəlli oldu - 3 heç-heçəyə görə
20 noyabr 2020 09:18 (UTC +04:00)

AFFA-nın futbolçulara verəcəyi mükafat bəlli oldu - 3 heç-heçəyə görə

Azərbaycan yığmasının futbolçularının noyabr ayı üzrə qazancı məlum olub.

 AFFA əsas heyət üzvlərinin hər birinə 45 000 manata yaxın vəsait ödəyəcək.

Bunun 30 mini Monteneqro və Lüksemburq ilə Millətlər Liqasının son 2 oyunun payına düşür.

Federasiya C Liqasının 1-ci qrupunda hər iki qarşılaşmanı qolsuz bitirən və əvəzində 2 xal qazanan, bununla belə, qarşısına qoyulan məqsədə çata bilməyən komandaya bu qədər mükafat ödəməyi özünə sığışdırıb.

Daha 10 min manat isə Sloveniya ilə keçirilən yoldaşlıq görüşündə qeydə alınan hesaba görədir (0:0).

Yerdə qalan vəsaitə gəlincə, bu, oyunçuların millinin düşərgəsində olduqları hər günə görə hesablanan qonorardır (sportinfo.az).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1744
avatar

Oxşar yazılar