AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, komitə Azərbaycan Premyer Liqasının XIX turunda baş verənlərlə bağlı qərarlar çıxarıb.
“Neftçi” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibləri 800 manat cərimə olunub. “Zirə” – “Qəbələ” matçında 4 futbolçusuna xəbərdarlıq edilən paytaxt təmsilçisinin də cəzası eyni olub. “Sumqayıt” isə “Keşlə” ilə ev qarşılaşmasında 4 oyunçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb.