“Çelsi” 2016/2017 mövsümündən bəri ilk dəfə Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq.
Lent.az xarici mediaya istinadən bildirir ki, "Çelsi" Premyer Liqanın turnir cədvəlində 6-cı yerdən 16 xal geri qalır ki, bu da onlara İngiltərə Kubokunun nəticələrindən və "Mançester Yunayted"in Premyer Liqadakı yerindən asılı olaraq Avropa Liqasında oynamaq hüququ verə bilər. Çempionatın sonuna kimi londonluların ehtiyatda beş oyunu var. Bu o deməkdir ki, komanda maksimum 15 xal toplaya bilər.
İngiltərə Premyer Liqasının 34-cü turundan sonra "Çelsi" 39 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.