36 ildir klub prezidenti idi:  İSTEFA   verdi
08 may 2023 20:52 (UTC +04:00)

36 ildir klub prezidenti idi: İSTEFA verdi

Fransanın "Lion" klubunun prezidenti Jan-Mişel Ola 36 illik vəzifəsindən sonra istefa verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə  komandanın rəsmi saytı xəbər verir.

Onu bu vəzifədə ötən ilin dekabrında Eagle Football Holdings şirkəti “Lion”un səhmlərinin 75 faizdən çoxunu əldə etmiş amerikalı iş adamı Con Tekstor əvəz edəcək. 74 yaşlı Ola klubun fəxri prezidenti vəzifəsini alıb.

Ola, komanda Fransa futbolunun ikinci liqasında oynayanda "Lion"a rəhbərlik edirdi. 1987-ci ildən bəri "Lion" yüksək diviziona yüksəlib və 2002-2008-ci illər arasında ardıcıl 7 dəfə Fransa çempionluğunu qazanıb.

Olun 36 illik rəhbərliyi zamanı “Lion” kişi və qadın komandaları müxtəlif yarışlarda 50-dən çox titul qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064
avatar

Oxşar yazılar