"Barselona"nın keçmiş müdafiəçisi Dani Alveş həbs olunması və məhkəmənin qərarına qədər zaminlik olmadan həbsdə qaldığı zorlama işi ilə bağlı danışıb.
“Mən 15 yaşım olanda evdən çıxmışam. Çox çətin vəziyyətlərdən keçmişəm. Bu nəticə onlardan biridir. Mən heç nədən qorxmuram”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Alveş deyib.
39 yaşlı futbolçu günahını inkar etməkdə davam edir.
Əlavə edək ki, Alveş yanvarın 20-də saxlanılıb, zorlama hadisəsi Barselonadakı gecə klublarından birində baş verib.
Futbolçu cinsi təcavüzdə ittiham olunub. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.