Norveçin SK Brann klubunun 12 oyunçusu 4 qadınla stadionun ot örtüyündə cinsi əlaqədə olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, klub hadisəni təsdiqləyib.
Norveç futbolunun yüksək liqası olan “Eliteserien”də mübarizə aparan SK Brann klubu, oyunçularının stadionun ot örtüyündə qrup halında cinsi münasibətindən sarsılıb.
Yerli “Bergens Tidende” qəzetindəki xəbərə görə; SK Brann forması geyinən 12 futbolçu bazar ertəsi günü məşq etdikdən sonra şəhərin sevimli məkanlarından biri olan “Boccone Ristorante”də yemək yeyib. Daha sonra əyləncələrini gecə klubunda davam etdirən futbolçular tanış olduqları 4 qadını 17 min nəfər azarkeş üçün nəzərdə tutulan “Brann” stadionuna dəvət ediblər.
Soyunma otağı və stadion çəmənliyi də daxil olmaqla bir çox sahədə 12 oyunçu qrup cinsi əlaqədə olub. Təhlükəsizlik kameralarına düşən hadisəni heç kimin çəkmədiyindən əmin olmaq üçün oyunçular telefonlarını çöldə qoyublar, lakin təhlükəsizlik kameraları hadisələri qeydə alıb.
Komandanın kapitanı Daniel Pedersen bu hadisədə hansı futbolçuların yer aldığına dair suala cavab verməyib.