Bir cənub şəhərində və ya Attilanın vətənində - REPORTAJ
Paytaxt Budapeştdən 170 km aralıda yerləşən təşkilatçı şəhərlə qiyabi tanış oldum. Cəmi 120 min əhalisi olan Seqedin 94 ölkənin iştirakı ilə və 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına necə ev sahibliyi edəcəyi mənə çox maraqlı gəldi. Elə bu maraq məni avqustun 17-də Bakı – İstanbul – Budapeşt reysi ilə uçan təyyarədə Macarıstana apardı. Hava limanından çıxan insanları qarşılayanlar arasında əlində “Szeged2011” (şəhərin rəsmi yazılışı belədir – E.M.) yazılı lövhə olan bir nəfər də vardı. Ona yaxınlaşdıqda məlum oldu ki, dünya çempionatına gələn insanları burada bir araya gətirərək, xüsusi ayrılmış avtobuslarla Seqedə yola salırlar. Mən 16 nəfərdən ibarət İspaniya yığması ilə birgə 17 yerlik mikroavtobusda sonuncu sərnişin kimi yarış məkanına yollanası oldum. Seqedə 6 günlük səfərim belə başladı.
Sağlamlıq və təbiilik
Budapeşt – Belqrad avtomagistralı ilə 170 km-lik rahat yolla mənzil başına çatarkən, yerli vaxtla saat 20:00 olardı. Çempionata akreditə üçün ayrılmış idman zalında akreditasiyadan keçdikdən sonra qalacağım otelə yollandım. Tisa çayının hər iki sahilində yerləşən kiçik şəhərdə xeyli otel var. Hətta Bakıdakılardan da çoxdur. Düzdür, estetik xüsusiyyətlərinə görə paytaxtımızdakılara çata bilməzlər. Amma idmançılar üçün bahalı otel yox, səliqəli və normal şəraitlisi lazımdır. Hansıları ki, bir neçə il öncə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq Kuo-Vu Bakıda olarkən, arzulamışdı. Seqeddə cəmi bir ən yüksək səviyyəli otelə şahid oldum. “Forras” adlı bu mehmanxananın yanındakı “Tisza Sport” oteli isə sosializm dövründə tikilənə bənzəyirdi. Bəndənizin də qaldığı bu otelin nömrələri kondisionersiz idi. Heç buna ehtiyac da duyulmurdu. Çünki hər tərəfdən bina və ağaclarla əhatələnirdi, içəridə normal temperatur var idi. Bir sözlə, günəş şüalarından qorunmaq olurdu. Şəhərin özündə də Bakıdakı qədər isti yox idi. İnsanların istirahətlərinin və sağlamlıqlarının qeydinə qalmasını da vurğulamalıyam. Burada futbol klubu yoxdur. Amma həndbol və vaterpol komandaları mövcuddur. Təbii ki, vaterpol komandası insanların üzgüçülüyə marağından irəli gəlib. Onlar Tisa çayında çimib sahilində uzanmaq üçün bizdəki kimi, az qala neçə gün öncədən xüsusi hazırlıq görmürlər. Hələ mən açıq havada fəaliyyət göstərən hovuzu demirəm. Bu hovuzda cəmi 6-7 avroya saatlarla üzmək, dincəlmək, əylənmək olardı. Onların “Yaxşı deyil, hasarın o tərəfindən çimərlik paltarında görünürəm” deyə bir kompleksləri də yoxdur. Hər gün Tisa çayı üzərindəki körpü ilə o tay – bu taya velosipedlərlə, əsasən yığcam avtomobillərlə və piyada hərəkət edən insanlar sadə geyimli, ünsiyyətə açıq, hansısa məsələdə əllərindən gələn köməyi etməyə hazır idilər. Kənardan gələn üçün macar dilini anlamaq qeyri-mümkün olduğundan, yerli sakinlər hələ ibtidai siniflərdən öyrənməyə başladıqları ingilis və alman dillərində fikirlərini çatdırırdılar. Yollarda qoyulan işıqforlar piyadalar və hətta velosipedlərin də hərəkətini tənzimləyir, hamı da bu işarələrə çox səbirlə və sevə-sevə əməl edirdi.
Bayram ab-havası
Dünya çempionatı Macarıstanın Milli Bayramı günlərinə təsadüf etmişdi. Bunu Seqedə girərkən Tisa çayı üzərindəki körpünün gül və bayraqlarla bəzədilməsindən duymuşdum. Axşam vaxtı isə qaldığım otelin yaxınlığındakı parkdan musiqi sədaları gəlirdi. İnsanlar parkda quraşdırılan səhnədə müxtəlif müğənnilərin ifasında mahnılar dinləyir, stollar ətrafında oturaraq pivələnir, müxtəlif təamlardan dadırdılar. O günlərdə çayın əks tərəfindəki şəhər mərkəzində açıq havada musiqili teatra axışanların da şahidi oldum. Bütün bu şadyanalıqların kulminasiyası avqustun 20-də yaşandı. Körpü üzərindən avtomobillərin hərəkəti dayandırılmış, insanların rahat şəkildə kütləvi gəzintiyə çıxmalarına şərait yaradılmışdı. Bayram tədbirləri atəşfəşanlıqla yekunlaşdı. “Bəs görəsən, hansı bayram imiş?” deyə maraqlandıqda məlum oldu ki, 20 avqust Macarıstanda Müqəddəs İştvan günüdür. İştvan isə 998-ci ildə qurulan Avropa yönümlü Macarıstan xristian dövlətinin banisi və ilk rəhbəridir. Macarıstan sosialist ölkələri sırasına daxil edildikdən sonra bu bayrama qadağa qoyulub. Lakin 1991-ci ildə rejim dəyişərkən, ənənələr bərpa olunub. Həmin günlərdə macarlarının əcdadları hunları yada salan oldu-olmadı, bunu deyə bilmərəm. Amma qədim türk tayfaları kimi saç düzümü olanlara, hətta hunlara bənzər saqqal saxlayanlara da rast gəlmək olardı.
Adam kimi Adam
Bayram günlərində Seqeddəki avarçəkmə təmayüllü olimpiya mərkəzində də bir qələbəlik yaşanırdı. Mərkəz şəhərdən uzaq olsa da, hər gün dünya çempionatını izləməyə xeyli insan gəlirdi. Onlar Macarıstanın kayak və kanoe üzrə yığma komandasının üzvlərinə xüsusi dəstək verir, dünya çempionatına özünəməxsus zövq qatırdılar. Azarkeşlərin sevimlisi isə kanoe üzrə dünya və olimpiya çempionu Attila Vayda idi. Vayda 1983-cü il martın 17-də elə Seqeddə doğulub. Onu azarkeşlərə sevdirən amillərdən biri də budur. Vaydanın digər xüsusiyyəti isə publikanı ələ almaq bacarığıdır. Çempionatla bağlı afişalarda onun şəkli həkk olunmuşdu: Attila kanoe qayığını idarə etmək üçün nəzərdə tutulan avarla simli alət kimi davranır və sanki rok ifa edirdi. Digər rok ifaçısı isə Budapeşt doğumlu kayakçı, 2 qat olimpiya və 31 qat dünya çempionu Katalin Kovaç idi. Həm Vayda, həm də Kovaç yenidən dünya çempionu olmağı bacardılar. Xüsusən, 1000 metrlik məsafəyə yürüşdə Attila qızıl medal qazanarkən, azarkeşlərin sevinci yerə-göyə sığmırdı. Yerli publikanın daha bir sevimlisi isə kanadalı kişi kayakçı Adam van Koverden idi. Atası hollandiyalı olsa da, anasının macarıstanlı olması və sözün əsl mənasında adam kimi Adam olması van Koverdeni pərəstişkarları ilə bütövləşdirmişdi. O, 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə qızıl medal qazanarkən, insanlar heç də Vaydanın dünya çempionluğuna sevindiklərindən az məmnun görünmürdülər.
Möhtəşəm çıxış
Nüfuzlu yarışda Azərbaycanı 5 kanoeçi və 3 kayakçı təmsil edirdi. Təmsilçilərimizdən yalnız biri – kayakçı Natalya Fiklisova qadın idi. Qalan 2 kayakçıdan Tamerlan Mustafayevin 16, Mirnazim Cavadovun 18 yaşı vardı. Hər üç idmançımız əsas finala düşə bilmədi. Lakin Mustafayev – Cavadov duetinin 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə 12-ci olması həqiqətən də müsbət hal sayılmalıdır. Fiklisova isə böyük yarış təcrübəsinə rəğmən ümidləri doğrultmadı. 5 kanoeçimizdən yalnız Adnan Əliyev əsas finala düşə bilmədi. Əliyev yarımfinalda 3-cü yeri tutsa da, həlledici mərhələyə yüksəlməsinə cəmi 0,960 saniyəsi çatmadı. Əvəzində onunla 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında duet şəklində çıxış etmiş bolqarıstanlı Deyan Georgiyev finala adladı. Qalan kanoeçilərimiz isə möhtəşəm çıxışla yadda qaldılar. Valentin Demyanenkonun 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə mükafatçılar sırasına düşməsi üçün cəmi 0,036 saniyəsi çatmadı. Əvəzində o, 200 metrlik yürüşdə dünyanın ən güclüsü olduğunu təsdiqlədi. Demyanenkonun çıxış etdiyi bu məsafədə ilk 7 pilləni tutanlar London olimpiadasına lisenziya qazanacaqdılar. Ona görə də seçmə mərhələ yürüşlərinə xeyli sayda - 50 kanoeçi sifariş olunmuşdu. Demyanenko həm seçmə, həm yarımfinal, həm də final mərhələsində finişə birinci çatdı. Beləliklə, o, karyerasında 3-cü dəfə dünya çempionu oldu və olimpiadaya lisenziya qazandı. Ölkəmizə avarçəkmə növləri üzrə ilk vəsiqəni isə Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bəxş etdi. Bu cütlük fəxri kürsünün ən yüksək pilləsinə qalxmasa da, 500 metr və 1000 metr məsafələrə yürüşlərdə gümüş medal qazandı. Amma təəssüf ki, artıq 500 metr olimpiya məsafəsi sayılmır. Yoxsa azərbaycanlı duet növbəti olimpiadaya 2 lisenziya qazana bilərdi. Bezuqlıyla Prokopenko fəxri kürsünün ikinci pilləsinə 3 dəfə qalxdılar. Sonuncu dəfə onlar Andrey Kraytor və Valentin Demyanenko ilə birgə 200 metrlik estafetdə gümüş medala sahib çıxdılar. Beləliklə, ölkəmiz dünya çempionatını 1 qızıl, 3 gümüş medal və London olimpiadasına 2 lisenziya ilə başa vurdu.
Biganə münasibət
Bütün bunları mətbuat üçün ayrılmış və işləmək üçün hər cür imkana malik otaqda əcnəbi həmkarlarımla birgə seyr edirdim. Azərbaycan idmançılarının 4 medala sahib çıxması həmkarlarımın yaxşı mənada təəccübünə səbəb olmuşdu. Hər dəfə “Azərbaycan?” deyə sual edir və boynumdan asdığım akreditə kartında üçrəngli bayrağımızı və ölkəmizin adını görərək, məni təbrik edirdilər. Amma bir azərbaycanlı azarkeş kimi idmançılarımıza tribunalardan heç kimin dəstək vermədiyini görmək həqiqətən də üzücü idi. Təsadüfi deyil ki, çempionatdan sonra Bezuqlıya “Üç dəfə gümüş medal qazansanız da, qızıl medala sahib ola bilmədiniz. Bunun üçün nə çatmadı?” deyə sual verdikdə, “Azərbaycanlı azarkeşlərin dəstəyi. Xaricdəki yarışlara azərbaycanlılar az gəlirlər” cavabını verdilər. Əlbəttə, bunu tamamilə tutarlı arqument saymaq olmaz. Ən azı ona görə ki, Demyanenko azərbaycanlıların dəstəyi olmadan qızıl medal qazanmışdı. Amma hər halda “Besonok” ləqəbli kanoeçimizin sözlərində həqiqət də var. Tribunada həmyerlilərimizdən heç kim gözə dəymirdi. Baxmayaraq ki, Macarıstanda Azərbaycanın səfirliyi fəaliyyət göstərir və ən azı diplomatik nümayəndəliyimizin əməkdaşları saatyarımlıq yol qət edərək, idmançılarımıza belə məsul yarışda dəstək verə bilərdilər. Seqeddə soydaşımızla da rastlaşdım. Təsadüfən bir internet-klubun yanından keçərkən, bir kişinin türkcə danışan qıza Azərbaycan dilində nəyisə izah etdiyinin şahidi oldum. Amma o, daha çox İrandakı soydaşlarımızın ləhcəsində danışırdı. Cənub qonşularımızdan söz düşmüşkən, dünya çempionatında onlar da iştirak edirdilər. Yarışdan sonra Budapeşt – İstanbul reysi ilə uçan təyyarədə birgə gəldik. Bu zaman İran yığmasının üzvlərindən biri Azərbaycan dilində bizə müraciət edərək, qazanılan uğur münasibətilə təbrik etdi. Halbuki yarış vaxtı onların heç biri tribunadan dəstək vermirdi...
Dünya çempionatı bir olayla da yaddaqalan oldu. Çempionatın son günündə kiçik təyyarənin havada yerinə yetirdiyi müxtəlif ekstremal hərəkətləri izləmək həqiqətən də xoş idi. Bütün bunlar Macarıstanın Rumıniya və Serbiya ilə sərhədində, paytaxt Budapeştdən 170 km aralıda, Macarıstanın cənubunda – ölkənin 4-cü ən böyük şəhərində baş verirdi...
Elşən MƏMMƏDOV

845