SON DƏQİQƏ:  İran Naxçıvanı vurdu, yaralananlar var - VİDEOLAR  - YENİLƏNİB
05 mart 2026 12:52 (UTC +04:00)

SON DƏQİQƏ: İran Naxçıvanı vurdu, yaralananlar var - VİDEOLAR - YENİLƏNİB

3

5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.

1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.

***

12:38

İran Naxçıvana dronla zərbələr endirib.

Lent.az APA-ya istinadla xəbər verir ki, İran dronla Naxçıvan aeroportunu vurub.

Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb.

Bir dron isə Naxçıvan şəhərində məktəbin yaxınlığına təsadüf edib.

Qeyd edək ki, münaqişə başlayandan bəri Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qalıb, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçıya zəng edərək, Azərbaycan ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dediyi fikirləri bir daha xatırladıb.

Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali rəhbəri Xameneinin öldürülməsi ilə bağlı bu ölkəyə başsağlığı verən nadir dünya liderlərindən biri olub. Prezident İranın Azərbaycandakı səfirliyini şəxsən ziyarət edib, başsağlığı verib.

Azərbaycan İran səfirini mətbuat konfransı keçirərək ölkəsinin mövqeyini ifadə edə bildiyi azsaylı ölkələrdən olub.

Azərbaycan İranla sərhəd-keçid məntəqəsindən keçidi təmin edərək, həm İrandakı digər ölkə vətəndaşlarını, həm də İran vətəndaşlarının öz ölkələrinə keçidinə şərait yaradıb.

Bütün bunlara baxmayaraq, molla rejimi bu gün hədəfləri arasına Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını daxil edib, Naxçıvan şəhəri və aeroportunun ərazisinə dron zərbələri endirib.

Bu isə molla rejiminin mahiyyətini, düşmənçilik xislətini və nankorluğunu bir daha ortaya qoyur.

Növbəti dəfə aydın olur ki, İran rejimi dağıdıcı, heç bir “qırmızı xətt” tanımayan, qonşuluq, dostluq siyasətindən anlamayan mahiyyətə malikdir. Bu rejimin addımları onun dostluq və xeyirxahlığı anlamamaqla yanaşı, beynəlxalq hüquqa və ölkələrin suverenliyinə hörmət etmədiyini də göstərir.

***
12:14

İran Naxçıvana dronla zərbələr endirib.

Lent.az xəbər verir ki, İran dronla Naxçıvan aeroportunu vurub.

Daha bir neçə dron isə digər yerlərə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 7456

Oxşar yazılar