Bakıda minik maşını motosikletlə toqquşub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə martın 3-ü, axşam saatlarında paytaxtın Səbail rayonu, Dənizkənarı yolu, Bibiheybət məscidinin qarşısında qeydə alınıb. Mərkəz istiqamətində hərəkətdə olan minik avtomobili ilə “Lökbatan” dairəsi istiqamətində hərəkət edən motosiklet toqquşub.
NİİM-in məlumatına görə, müşahidələr göstərir ki, bəzi hallarda ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarına əməl etsələr belə, digər sürücülərin törətdikləri qayda pozuntuları nəticəsində yol-nəqliyyat hadisələri baş verir. Bu cür qəzaların çox hissəsi ölüm və xəsarətlə nəticələnir.
Sürücülər bilməlidirlər ki, qəzalar və onların ağır nəticələrinin qarşısını almaq üçün yol hərəkəti qaydalarına ciddi riayət edilməli, yollarda yüksək məsuliyyət nümayiş etdirilməlidirlər.