“Bakıda Dünya Kuboku və ya Avropa çempionatının final mərhələsi keçirə bilərik” – MÜSAHİBƏ - FOTO
2009-cu il martın 6-da ARAF-ın yeni prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin rəhbərliyi altında federasiyanın idarə heyəti formalaşdırılarkən, Bəhruz Nəbiyev baş katib vəzifəsinə seçilib. Nəbiyev Azərbaycan Dövlət Dillər Universitetini bitirib. O, əmək fəaliyyətinə elə ARAF-ın baş katibi kimi başlayıb.
- Federasiya rəhbərliyində baş verən məlum dəyişikliklərdən sonra hansı işlər görülüb?
- Artıq yeni heyətlə ilyarımdır fəaliyyətə başlamışıq. Bu müddətdə çox işlər görülüb. Əsasən, atçılığın Azərbaycanda inkişafı ilə bağlı hər bir şəxsin rahatlıqla hiss edə biləcəyi şəkildə böyük dəyişikliklər əldə olunub. Buna misal olaraq, mən ölkəmizdə keçirilən beynəlxalq yarışları göstərə bilərəm. Belə ki, biz üç beynəlxalq yarış təşkil etmişik. Bunlar Dünya Kubokunun təsnifat mərhələ yarışlarıdır. Adından da göründüyü kimi, bu yarışlar Dünya Kubokuna vəsiqə əldə etmək üçün təşkil olunur. Nəticələrimiz də uğurlu olub. Burada klublarımızın da gördükləri işləri müsbət qiymətləndirmək istərdim. Çünki hər bir klub dünya standartları çərçivəsində tədbirlər görür. Təlimçilər, məşqçilər və digər mütəxəssisləri ölkəmizə dəvət edərək, onların xidmətlərindən yararlanırlar. Nəticədə idmançılarda böyük dəyişikliklər hiss olunur. Bundan əlavə, yeni nizamnaməyə əsasən, ölkəmizdə cıdır yarışlarının keçirilməsi ARAF-a həvalə olunub. Bu yöndə də bir sıra tədbirlər görülüb. Artıq sentyabrın 4-də 8-ci Cıdır günümüzü keçirəcəyik.
- Beynəlxalq qurumlarla əlaqələriniz hansı səviyyədədir?
- Bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrimiz qurulub. Bu əməkdaşlıq sayəsində idmançılarımızın beynəlxalq yarışlarda iştirakını təmin etmiş və fikrimcə, ölkəmizi beynəlxalq aləmdə atçılıq sahəsi üzrə layiqincə təmsil etmişik. Gələcək planlarımız da genişdir. İnşallah, yaxın vaxt ərzində yüksək səviyyəli yarışlarda Azərbaycan milli komandasını da görəcəyik. Çünki tərəfimizdən görülən tədbirlər nəticəsində yığmamız formalaşıb. Kapitan Camal Rəhimov olmaqla, daha 2 idmançı - Patrik Mak Enti və Françesko Franko da cəlb olunub və komanda heyəti tamamlanıb. Əvvəllər Mak Enti Belçikanı, Franko isə İtaliyanı təmsil edib. Görülən işlərin hamısı ölkəmizdə idmanın inkişafına təkan verir. Biz bu xətt üzrə öz işimizi davam etdirəcəyik və ən qısa vaxt ərzində daha böyük nailiyyətlər əldə edəcəyik.
- Təşkil etdiyiniz yarışlar Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) təqvim planına salınıb?
- Hələ 2009-cu ilin mayında biz Qafqazda ilk dəfə atçılıq üzrə beynəlxalq yarış keçirdik. Bu, CSI 2* səviyyəli yarış idi. Yəni, atçılıq növündə yarışlar 5*-dək səviyyələrə bölünür. Bunların hamısı FEİ-nin təqvim planına salınıb. Hər ilin sentyabrında növbəti il üçün yarışlarımızın siyahısını FEİ-yə göndəririk. Həmin siyahıya əsasən, il ərzində həmin yarışlarımızı keçiririk. 2011-ci ildə keçirəcəyimiz yarışları artıq bu ay ali atçılıq qurumuna göndərəcəyik.
- Beynəlxalq turnirlərdən söz düşmüşkən, atçılıq üzrə mötəbər yarışlara nə vaxt iddia edəcəksiniz?
- Dəqiq bir söz deyə bilmərəm. Amma düşünürəm ki, biz ən qısa vaxtda bu haqda danışa bilərik. Mötəbər yarış kimi, Dünya Kubokunun və ya Avropa çempionatının final mərhələsinin ölkəmizdə təşkilini nəzərdə tutursunuzsa, bununla bağlı öz təklifimizi FEİ-yə göndərmişik. Bildirmişik ki, bu yarışlardan birini təşkil edə bilərik. Hazırda bunun üzərində çalışırıq. Biz bu yarışların hansı ildə ölkəmizdə keçirilməsinin mümkünlüyünə dair cavab gözləyirik. FEİ-dən hər hansı cavab aldıqda, bütün mətbuatı xəbərdar edəcəyik.
- Bölgələrdə atçılıq yarışlarının keçirilməsi üçün idman qurğularının tikintisi nəzərdə tutulub?
- Artıq bununla bağlı işlərə nəinki başlanılıb, hətta yaxın müddətdə bir neçə bölgədə yeni mərkəzlərin təhvil verilməsi planlaşdırılır. Misal kimi Qəbələdəki atçılıq mərkəzini göstərə bilərəm. Artıq həmin mərkəzin tikintisi yekunlaşmaq üzrədir. Eyni zamanda, Şəkidə və Gəncədə fəaliyyət göstərən məktəbləri qeyd edərdim. Gələcəkdə Azərbaycanın istənilən bölgəsində bu idman növü ilə məşğul oluna və yarışların təşkil edilə biləcəyi mərkəzlərin fəaliyyət göstərməsində maraqlıyıq. Hazırda fəaliyyətimizi məhz bu yöndə də aparmaqdayıq.
- Ölkəmizdə atçılığın hansı növləri inkişaf etdirilir?
- İdman sahəsində konkur, yəni, maneələri dəf etmə növü üstünlük təşkil edir. Artıq “Günay” atçılıq klubu dressaj adlanan növ üzrə fəaliyyətə başlayıb. Bu, at üzərində müəyyən hərəkətlər, daha dəqiqi, atın idmançıya tabe olma ustalığı deməkdir. Yaxın gələcəkdə biz bu idman növünü də ölkəmizdə inkişaf etdirəcəyik. Eyni zamanda, cıdır növündə endurans, yəni, uzaq məsafələrə qaçış yarışları üzrə geniş planlarımız var. Burada söhbət 60 km, 80 km məsafələrə qaçış üzrə yarışlardan gedir. Bu yarışlara tam uyğun gələn “Qarabağ”, “Dilbaz” kimi yerli at cinslərimiz var. Elə planımız da yerli cinsləri həmin yarışlarda istifadə etməkdən ibarətdir. Hazırda konkur və cıdır yarışları keçirilir.
- Bəs milli idman növü olan cövkənin inkişafı istiqamətində hansı işlər görülür?
- Təbii ki, milli atçılığımızın inkişafı məqsədilə çövkən oyunları da təşkil edirik. Bu yaxınlarda çövkən üzrə Respublika Kuboku keçirdik. Turnirdə 4 regiondan komandalar iştirak edirdi. Məncə, nəticələr pis olmadı. Bakı Dövlət Cıdır Meydanının ərazisində keçirdiyimiz yarışı izləyənlərə çövkən haqda da məlumat verdik. Gələcəkdə çövkən yarışlarını da cıdır və konkur kimi vaxtaşırı keçirməyi planlaşdırırıq.
- Azərbaycanda belə milli növün olması barədə FEİ-ni məlumatlandırmısınız?
- Biz bütün beynəlxalq təşkilatları bu haqda məlumatlandırırıq. Əlbəttə, hamı maraqla qarşılayır. Çövkən polo oyununa bənzəyir. Ancaq bu bir faktdır ki, çövkənin qədim tarixi var. Hətta Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında çövkən oyununa rast gəlirik. Bu isə milli oyunumuzun neçə əsrlər qədər yaşının olduğunu göstərir. Heç kim yerindən qalxıb deyə bilməz ki, polo çövkəndən daha yaşlıdır. Lakin polo və çövkən, mahiyyətcə, bir-birinə çox yaxındır. Məncə, bu, avropalıların və digər xalqların Azərbaycandan görüb-götürdüyü və sonradan formalaşdırdığı bir oyun növüdür.
- Çövkənin bir idman növü kimi beynəlxalq miqyasda tanınması və bu növ üzrə böyük yarışların keçirilməsi ölkəmiz üçün əhəmiyyətli hadisə olardı. Bu istiqamətdə hansı işləri görürsünüz?
- Hələlik ciddi tədbir görülməyib. Amma dünyanın bir çox ölkəsi çövkənin Azərbaycanın milli idman növü olduğunu bilir və qəbul edir. Bu barədə heç bir narazılığımız yoxdur.
- Konkur növü üçün nəzərdə tutulan atlar kifayət qədər baha qiymətədir. Məsələn, Camal Rəhimovun 2008-ci il Pekin Yay Olimpiadasında çıxış etdiyi atı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 1 milyon 970 min avroya almışdı. Belə baha qiymətə olan atları necə əldə edirsiniz?
- Yığma komandamızın atları hazırda Avropa şəhərlərində saxlanılır. Camal Rəhimov 25 sentyabr – 10 oktyabr aralığında ABŞ-ın Kentukki ştatında təşkil olunacaq dünya çempionatına vəsiqə əldə edib. O, yarışda bir atla iştirak edəcək. Çünki Rəhimov yalnız bir atla təsnifat yarışlarında lazımi miqdarda xal toplaya bilib. O, başqa atla da xal toplamış olsaydı, okeanın o tayına 2 at apara bilərdi. Yeni atların alınmasına gəldikdə, bu, federasiyamızın tam müdaxilə etmədiyi məsələdir. Öz atını idmançının özü seçir. Çünki özü istifadə etdiyi üçün həmin atı ondan yaxşı tanıya bilən olmaz. Yalnız onu bilirəm ki, idmançılarımızın yarışlarda iştirak etmək üçün kifayət qədər atı var.
- Bəs həmin atların pulunu kim ödəyib?
- Bu, idmançının özünün ödənişi ilə həll olunan məsələdir. Başqa cür də tənzimlənə bilər. Məsələn, Pekin olimpiadası öncəsi olduğu kimi. Bu, ölkəmizdə idmana olan dəstəyi bir daha göstərir. İstənilən qurum idmana rahat şəkildə dəstək verə bilər. Amma atların seçimi idmançının özünün görə biləcəyi işdir.
- Hər halda yeni konkur atlarının alınması təkcə federasiyanın imkanları hesabına həll olunası məsələ deyil...
- Bu yöndə biz dövlətimizin tam dəstəyini alırıq. Başda cənab prezident İlham Əliyev olmaqla dövlətimiz idmana böyük diqqət və qayğı göstərir. İstənilən idman sahəsində olduğu kimi, atçılıq növündə də beynəlxalq yarışlarda iştirak, beynəlxalq yarışların ölkəmizdə təşkili kimi məsələlərin həllində heç bir çətinliyimiz olmur. Dövlətimiz, eyni zamanda, bütün yarışlarımızda Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi bizə lazımi dəstəyi verir.
- 2008-ci il Pekin olimpiadasında atçılıq üzrə ölkəmiz 1 idmançı ilə təmsil olundu. Bəs 2012-ci il London Yay Olimpiya Oyunlarına neçə lisenziya əldə etməyi planlaşdırırsınız?
- Milli komandamızın tərkibini müəyyən etməkdə ən böyük məqsədimiz London olimpiadasına vəsiqə qazanmaqdan ibarətdir. Lisenziya yarışlarının vaxtı 2011-ci ilin yanvarında elan olunacaq. Bundan sonra 16 ay müddətində millimizin üzvləri müəyyən yarışlarda iştirak edərək, fərdi və ya komanda halında xal toplamalıdırlar. Gələn ilin hər hansı tarixi üçün müəyyənləşdiriləcək yarışın qalibləri isə olimpiadaya birbaşa lisenziya əldə edəcəklər. Lakin biz Londonda komanda şəklində iştirak etməyi planlaşdırırıq. Bu barədə 2011-ci il başlayandan sonra məlumat verə bilərik. Hazırda isə lisenziyalarla bağlı heç nə demək olmaz.
- Demək, London olimpiadasına yalnız konkur növündə lisenziya qazanmaq niyyətindəsiniz...
- Bəli. Komanda şəklində lisenziya qazanmaq üçün yarışlarda ən azı 3 idmançımız iştirak etməlidir. Biz də yalnız komanda şəklində vəsiqəyə iddialıyıq. Pekin olimpiadasında Azərbaycan milli komandası yox idi. Ölkəmizi beynəlxalq arenada yalnız Camal Rəhimov təmsil edirdi. Ona görə də Rəhimov olimpiadada fərdi qaydada iştirak etdi. Lakin artıq yığmamız mövcud olduğu üçün London olimpiadasında komanda şəklində çıxış etməyi planlaşdırırıq.
- Keçirdiyiniz yarışlara insanların marağı hansı səviyyədədir?
- Hazırda insanlarda atçılıq yarışlarına maraq artmaqdadır. Keçirdiyimiz yarışları izləməyə gələnlərin sayında artım müşahidə olunur. Eyni zamanda, at sahiblərinin də sayı artır. Bakı Dövlət Cıdır Meydanının tövlələrində saxlanılan atların bir çoxu fərdi şəxslərə məxsusdur. Onlar vaxtaşırı digər ölkələrdən atlar alaraq, Azərbaycana gətirir, Bakıdan kənarda yerləşən atçılıq zavodlarında atlar yetişdirir və ippodromumuzda sınaqdan keçirirlər. Təbii ki, bunlar da bizim işimizə, yarışlarımızın sayının və keyfiyyətinin artmasına bir təkandır. Düşünürəm ki, yaxın vaxtlarda sırf atçılıqla maraqlanan insanlardan ibarət müəyyən təbəqə yaranacaq.
- Fərdi at sahibləri əsasən, hansı sahədə çalışanlardan ibarətdir?
- Atçılıqla məşğul olanların çoxu həyatını bu sahəyə həsr etmiş insanlardır. Burada bir çox at sahibləri var ki, onların ailəsində kimsə atçılıqla məşğul olub. Nəticədə uşaqlıqdan onlarda atlara sevgi əmələ gəlib. İndi də hər hansı sahədə işləyir, amma atçılığa marağı olduğu üçün özünə atlar alır, bizim tövlələrdə saxlayır, yarışlarımıza buraxır və atının yarışlarda iştirakından həzz alır. Amma tanınmış şəxs kimi yadımda olan kimsə yoxdur ki, sizə adını deyim.
- Qarşıdakı planlarınız nədən ibarətdir?
- Hazırda Bakının Fatmayı qəsəbəsindəki atçılıq mərkəzinin tikintisi ilə məşğuluq. Ərazi yetərincə böyükdür, 86 hektardır. Bu ərazidə bir deyil, bir neçə növü cəmləşdirə biləcəyik. Daha dəqiqi, cıdır, konkur və digər idman yarışlarını burada keçirmək imkanımız olacaq. Mərkəzdə kifayət qədər tövlələr tikiləcək. İdman qurğusunun təqribən qarşıdakı bir il ərzində fəaliyyətə başlaması gözlənilir. Bundan əlavə, ölkəmizdə daha səviyyəli yarışlar təşkil etməyi planlaşdırırıq. İndiyədək yalnız 2 ulduzlu beynəlxalq turnirlər təşkil edirdiksə, bundan sonra 3, 4, hətta 5 ulduzlu yarışlara yer verməyi planlaşdırırıq. Əlavə olaraq, cıdır yarışları ilə bağlı müəyyən inkişafa nail olmaq niyyətindəyik. Cıdır üzrə beynəlxalq yarışların təşkili də gündəmimizdədir. Çövkən növü üzrə də bir neçə rayonun iştirakı ilə artıq iki dəfə turnir keçirmişik. Bununla da biz digər rayonların da öz komandalarını toplamasına və bu yarışlara cəlb olunmasına çalışırıq. Yaxın müddət ərzində daha geniş miqyaslı çövkən yarışlarının keçirilməsini planlaşdırırıq. Biz bu qədər işi ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən qayğı sayəsində nail olmuşuq. İnanıram ki, gələcəkdə bundan da böyük işlər görərək, Azərbaycanın adını daim yüksəklərdə tutacağıq.
Elşən Məmmədov

1659