İtaliyanın “Yuventus” klubu hücumçusu Paulo Dibala ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi ulduz futbolçunun komandada qalmasını istəyir.
“Qoca sinyora” Argentina millisinin üzvü ilə yeni müqavilə bağlamaq üçün onun meneceri ilə danışıqlara başlayıb. A seriyası çempionu yeni ilə qədər qarşı tərəflə ortaq məxrəcə gəlməyə çalışır. Ancaq 27 yaşlı oyunçu hələ yekun qərarını verməyib.
Qeyd edək ki, Paulo Dibalanın “Yuventus”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.