“Mənim üçün nəticə ilə yanaşı, göstərdiyimiz oyunun keyfiyyəti də böyük önəm kəsb edir. Madridə qələbə dalınca gəlmişdik”.
Lent.az-ın məlumatına görə, bunu “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola deyib.
İspan çalışdırıcı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Real”ı məğlub etdikləri (2:1) görüşü şərh edib. “İstəyimizə çatdıq. Ancaq hələ heç nə bitməyib. Sadəcə, mübarizənin ilk hissəsi bizim xeyrimizə nəticələnib. “Santyaqo Bernabeu”da qalib gəlmək böyük zövqdür. Yaxşı oynadığımız məqamda qol buraxdıq, “Real”ın üstün olduğu dəqiqələrdə isə 2 qol vurduq. Çempionlar Liqasının özəlliyi də məhz bundadır”, - Qvardiola bildirib.
Qeyd edək ki, “Mançester Siti”yə qələbə qazandıran qollara Qabriel Jezuş və Kevin de Brüyne imza atıb.