Zorla hərbi komissarlığa aparılan xəstə öldü
01 mart 2024 15:21 (UTC +04:00)

Zorla hərbi komissarlığa aparılan xəstə öldü

Ukraynanın Ternopil vilayətində kişi hərbi komissarlıqda ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Çertkovski rayonunun 49 yaşlı sakininin epilepsiya tutmasından sonra dünyasını dəyişdiyi deyilir.

Hüquq-mühafizə orqanları onun bədənində zorakılıq nəticəsində ölüm əlamətlərinin aşkar edilmədiyini qeyd ediblər. Mərhumun bacısının sözlərinə görə, qardaşı bazar günü təcili tibbi yardım şöbəsinə daxil olub.

“Mənə zəng etdi və bildirdi ki, onu hərbi komissarlığa aparıblar. Əvvəllər xəstəxanada idi, epilepsiya xəstəsi idi. Hərbçilərdən heç biri xəstəlik barədə ondan heç nə soruşmayıb”, - deyə mərhumun bacısı vurğulayıb.

# 3201
avatar

Oxşar yazılar